İtalyan rəssamı Mikelancelo Merisi da Karavacjionun sirlərlə dolu "Maffeo Barberini" portreti ilk dəfə Romada sənətsevərlərin qarşısına çıxıb. 60 ildir şəxsi kolleksiyada saxlanılan şah əsər İtaliyanın Palazzo Barberini Muzeyində sənətsevərlərlə görüşüb.İtaliya Milli Antik İncəsənət Qalereyasının direktoru Tomas Klement Salomon layihəni uzun zəhmətlər nəticəsində həyata keçirdiklərini söyləyərək, "Hər kəs bunun mümkünsüz olduğunu düşünürdü, amma bacardıq" deyib.Florensiyada şəxsi kolleksiyada saxlanılan və heç bir sərgidə yer almayan əsər daha əvvəl də akademiklərin tətqiqatına təqdim edilməyib. Karavacjionun günümüzə qədər gəlib çatan nadir portretlərindən biri kimi böyük diqqət çəkən rəsm Barberininin 30 yaşlarından və Vatikanda yüksəliş dövründən bəhs edir.Portret 23 fevral 2025-ci il tarixinədək İtaliyanın paytaxtı Romada Palazzo Barberinidə sərgilənəcək.Mənbə: DHA
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta