Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan “Bosnia Open” beynəlxalq turnirində iki medal qazanıb.
Publika.az xəbər verir ki, Vasif Səlimov (68 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub. Elcan Əliyev (78) isə bürünc medal əldə edib.
Qeyd edək ki, noyabrın 24-də start verilən yarışda ölkəmizi gənclər arasında 5 idmançı təmsil edib. Bu gündən isə böyüklər mübarizəyə qoşulacaqlar.