AZ

ADY və Çinin Sian Limanı Orta Dəhlizlə yükdaşımaların artırılması üçün əməkdaşlığı genişləndirir (FOTO)

Bakı. Trend:

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Çin XalqRespublikasının Sian Beynəlxalq Limanının nümayəndə heyəti iləgörüş keçirib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə bildirilib ki, görüşdə ADY sədri RövşənRüstəmov Azərbaycanla Çin arasında Orta Dəhlizlə yükdaşımalarsahəsində əməkdaşlığın inkişaf etdiyini, bunun bariz nümunəsi kimiötən gün ilk dəfə olaraq ixrac yüklərinin Bakıdan dəmiryolnəqliyyatı ilə Çinə yola salındığını bildirib.

Qeyd olunub ki, bu tarixi hadisə ilə iki ölkənin iqtisadi vənəqliyyat əlaqələri yeni mərhələyə qədəm qoyub və beləliklə, həmŞərqdən Qərbə, həm də əks istiqamətə yükdaşımaların həyatakeçirilməsi Orta Dəhlizin səmərəliliyini daha da artırır. ADY Çinləəməkdaşlığı Kəmər və Yol Təşəbbüsü və Avrasiya Nəqliyyat Marşrutuçərçivəsində də intensiv inkişaf etdirməkdə maraqlıdır.

Bildirilib ki, ADY Azərbaycanın beynəlxalq nəqliyyat-logistikaqovşağına çevrilməsi və ölkə ərazisindən keçən beynəlxalq dəhlizlərüzrə yükdaşımaların artırılması məqsədilə bir sıra önəmli layihələrhəyata keçirir. Bakı–Tbilisi–Qars dəmiryol xəttiningenişləndirilməsi və yük ötürücülük qabiliyyətinin ildə 5 milyontonadək artırılması Şərq-Qərb istiqamətində yük axınınınsürətləndirilməsinə imkan verir.

Çinin Sian Beynəlxalq Limanının (“Xi'an International Port”)İdarəetmə Komitəsinin direktoru Sun Yimin və “Xi’an Free Trade PortConstruction and Operation Co Ltd”nin baş direktoru Yuan XiaojunAzərbaycanın nəqliyyat-logistika qurumları, o cümlədən ADY iləəməkdaşlığın inkişafına xüsusi önəm verdiklərini deyib, OrtaDəhlizin yük həcmlərinin artırılması istiqamətində əməkdaşlığıngenişləndirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, yola salınmış Bakı–Sian ilk ixrac blok-qatarı 62ədəd 40 futluq konteynerdən ibarətdir. Bu yük Qazaxıstan üzərindənÇinin ən böyük quru limanlarından biri olan Sian Limanınaçatdırılacaq. Layihə çərçivəsində ilkin olaraq bu ilin sonunadəkümumilikdə 15 min ton, yəni 600 konteyner ixrac yükünün qeyd olunanmarşrutla Çinə göndərilməsi planlaşdırılır.

Xatırladaq ki, 2024-cü ilin əvvəlindən Çin Xalq RespublikasındanAzərbaycan istiqamətinə 280 konteyner blok-qatarı yola salınıb. Builin sonuna kimi Çindən müvafiq marşrut üzrə 300-dən çox konteynerblok-qatarının Azərbaycana qəbul edilməsi nəzərdə tutulub. 2025-ciil üçün blok-qatar sayının 3 dəfədən çox artırılaraq 1000-əçatdırılması planlaşdırılır.

ADY
ADY
ADY
ADY
Seçilən
11
8
az.trend.az

10Mənbələr