Kasıb ailədə böyüyən və məktəbə getməyən qızın 12 yaşına çatmamış məcburi ərə verilməsi məsələsi ilə bağlı araşdırmalara başlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək.
xxx
Rayonların birində kasıb ailədə böyüyən, heç vaxt məktəbə getməyən qız 12 yaşına çatmamış məcburi ərə verilib.
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova özünün "Facebook" hesabında azyaşlının acı hekayəsini paylaşıb:
"Adını çəkmədiyimiz bir rayonun kasıb kəndlərindən birində yaşayan qızın taleyi ürəksızladan dərəcədə ağırdır. 12 yaşı tamam olmamış, anasının razılığı ilə xalası oğluna ərə verilir. Xalası oğlu görmə qabiliyyətindən məhrumdur və bu nikahın baş tutmasının əsas səbəbi ailənin kasıblığıdır. Qız heç vaxt məktəbə getməyib, onun həyatı kiçik yaşlarından yük dolu olub.