AZ

"Bert" qasırğası 5 nəfəri öldürüb

İngiltərədə "Bert" fırtınası davam edir. Fırtınanın yaratdığı güclü külək və əlverişsiz hava şəraiti səbəbiylə həyatını itirənlərin sayı 5-ə yüksəlib. 

"Cebheinfo.az" xəbər verir ki, İngiltərə Meteorologiya Bürosu (Met Office) tərəfindən verilən açıqlamada “Bert” fırtınasının təsirlərinin davam edəcəyi deyilir. 

Digər tərəfdən, fırtına səbəbindən həftənin sonuna qədər güclü külək və ya yağışın gözlənilmədiyi, 150-dən çox daşqın xəbərdarlığının hələ də qüvvədə olduğu deyilib. Açıqlamada qeyd olunub ki, qar yağması riski azalsa da, yağışlar ölkənin əksər hissəsinə, xüsusilə İngiltərənin cənub-qərb bölgələrinə və Uelsin cənubuna təsir edəcək. 

Uelsdəki su təmizləyici qurğular tufandan sonra daşqınlara məruz qaldıqdan sonra 10 bölgə üçün suyun qaynadılaraq içilməsi üçün xəbərdarlıq edilib. 

Böyük Britaniyanın Baş naziri Keir Starmer “X”-dəki paylaşımında Uelsin regional Baş naziri Eluned Morqan ilə görüşdüyünü deyib və bölgədə çalışan fövqəladə hallar xidmətlərinə təşəkkür edib. 

Seçilən
23
cebheinfo.az

1Mənbələr