AZ

Dövlət Komitəsi “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına start verir

25 Noyabr - Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT Azərbaycan ilə birlikdə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına start verir. Dövlət Komitəsindən SİA-ya bildiriblər ki, kampaniyanın başlanması ilə əlaqədar Dövlət Komitəsinin sədri Bahar Muradova videomüraciət ünvanlayıb.

Qeyd edək ki, kampaniya noyabrın 25-dən - Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günündən başlayaraq 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Gününədək davam edir.

Kampaniyanın əsas məqsədi qadınlara qarşı törədilən zorakılığın insan hüquqlarının kobud pozulması kimi təbliği istiqamətində yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmə işinin aparılmasıdır. Hər il kampaniya çərçivəsində müxtəlif formatda tədbirlər həyata keçirilir, dünya ictimaiyyətinə qadınlara və qızlara qarşı zorakılığın qarşısını almaq və aradan qaldırmaq çağırışı edilir.

Seçilən
20
2
sia.az

3Mənbələr