AZ

“Dini təhsilə daha çox vəsait ayrılmalıdır”

“Biz dini təhsilə vəsaiti daha çox ayırmalıyıq”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib. 

“Keyfiyyətsiz təhsil milli təhlükəsizlik üçün ən böyük təhdid sayılır. Dini arenada kənar təsirlərin Azərbaycana mənfi təsirləri daha qabarıq şəkildə özünü göstərməkdədir. Dini təhsilə vəsait artırılmalıdır”, - deyə komitə sədri bildirib. 

Nuranə Daxilqızı

 

Seçilən
18
1
qafqazinfo.az

4Mənbələr