AZ

İrandan 100 minlərlə insan Azərbaycana qaça bilər

Quru sərhədlərinin açılması yüz minlərlə şəxsin ölkəyə axını ilə nəticələnə bilər.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc plenar iclasda çıxışı zamanı deyib.

O bildirib ki, sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən yüz minlərlə qeyri-azərbaycanlı qaçqının ölkəmizə axını ilə nəticələlənə bilər:

“O cümlədən, İranda hərbi zərbələrdən qorunmaq üçün yüz minlərlə insan Azərbaycana keçməyə hazırdır. Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər”.


Seçilən
6
8
news24.az

6Mənbələr