AZ

Alen Gevondyan: “İctimaiyyət dövlətçiliyin itirilməsinin müşahidəçisinə çevrilib” 

Qərbi Azərbaycan ifadəsi Ermənistanda daha çox müzakirə olunur və bu, erməniləri vahiməyə salır. Onları qorxudan həm də Paşinyanın dilindən səslənən Qərbi Azərbaycan sözüdür.

Qərbi Ermənistanı Qərbi Azərbaycanla müqayisə edən Paşinyan  bununla ermənilərə hansı mesaj verir? Erməni politoloq hesab edir ki, Paşinyan Qərbi Azərbaycanı Qərbi Ermənistana bərabər tutanda azərbaycanlıların Ermənistana qayıtmaq üçün mənəvi haqqını qanuniləşdirir:

“Azərbaycanlıların öz vətənləri kimi Ermənistana qayıtması azərbaycanlıların daha çox mənəvi haqqının tanınmasıdır. Azərbaycan mülkiyyət sertifikatlarının cəlb edilməsi ilə bu əməliyyata hazırdır və görünür, onların təxminən 130-150 min mülkiyyətçi üçün hazır işi var. Məhz buna görə də Ermənistan fransız bastionları alır ki, azərbaycanlıların qaytarılması ilə bağlı lokal münaqişələr zamanı beynəlxalq sülhməramlıların cəlb olunması ilə vəziyyəti idarə etmək mümkün olsun. İndi Ermənistan ictimaiyyəti dövlətçiliyin itirilməsi prosesinin müşahidəçisinə çevrilib”, deyə erməni politoloq bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
14
konkret.az

1Mənbələr