AZ

Bu ölkənin əhalisinin sayı 45,4 milyon oldu

İraqda Səddam Hüseyn prezident olduğu ildən, yəni  1987-ci ildən sonra ilk hərtərəfli siyahıyaalma keçirilib.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. İraqın baş naziri Məhəmməd Şia Sudani 37 ildən sonra noyabrın 20-də keçirilən siyahıyaalmanın nəticələrini açıqlayıb. Sudani ilk nəticələrə görə, ölkə əhalisinin 45,4 milyon nəfərə çatdığını açıqlayıb. Siyahıyaalmadan əvvəl İraq Planlaşdırma Nazirliyi əhalinin 43 milyon nəfər olması ehtimalını nəzərdən keçirirdi.

 

Seçilən
12
manset.az

1Mənbələr