“Təqaüdə çıxmış və silah saxlamaq qabiliyyətinə malik hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmalıdırlar”.
“Cebheinfo.az” xəbər verir ki, bunu “Новости. Live" kanalında yayımlanan verilişdə “Gələcək Naminə” Partiyasından olan deputatı İrina Konstankeviç deyib.
Onun sözlərinə görə, arxa cəbhədə 100 mindən çox “uyğun yaşda” hərbi təqaüdçü var:
“Lakin onlar yalnız dövlətdən pensiya almaqla kifayətlənirlər. Təklif edirəm ki, onları Ukrayna Silahlı Qüvvələrinin sıralarına cəlb edək.
Bunlardan artıq 40 mindən çoxu artıq döyüşür.
Döyüşənlərin sıralarını artırmaq lazımdır”.
Onun fikirlərinə, Kiyev Şəhər Şurasının deputatı Alina Mixaylova dəstək olub. O bildirib ki, güc tətbiqi də daxil olmaqla, ölkənin bütün vətəndaşlarını zorla səfərbər etməyə çağırıb:
“2022-ci ilin fevralından Ukraynada ümumi səfərbərlik elan edilib. Hakimiyyət hərbi yaşa uyğun olan kişilərin xidmətdən yayınmasının qarşısını almaq üçün əlindən gələni edir.
Kişilər isə istənilən yolla pul ödəməyə və ya ölkəni tərk etməyə çalışırlar. Bu il mayın 18-də ölkədə səfərbərliyin sərtləşdirilməsi haqqında qanun qüvvəyə minib. Lakin son aylarda Ukrayna silahlı qüvvələrinin doldurulma tempi yenidən səngiyib və orduda kritik insan çatışmazlığı problemi yaranıb.
Bunun fonunda hərbi komissarlıq əməkdaşları kişiləri saxlamaq məqsədilə ictimai yerlərdə reydləri gücləndirib. Bununla əlaqədar, sakinlərin hərbi komissarların hərəkətlərinə kortəbii etirazları tez-tez baş verir və onların maşınlarının yandırılması dalğası bütün ölkəni bürüdü. Bundan əlavə, vətəndaşlara səfərbərlik bildirişlərinin göndərildiyi poçt şöbələrinə də yanğınlar törədilir. Amma hər şeyə rəğmən, ordudan yayınmaların qarşısı alınmalıdır”.