AZ

Deputat əmisi qızını işdən çıxarıb, yerinə öz xanımını təyin edib

Deputat

“Odlar Yurdu” Universitetində kadr dəyişikliyi olub.

Reyting.az
xəbər verir ki, Universitetin Magistratura və MBA şöbəsinin müdiri Samirə Vəliyeva tutduğu vəzifədən azad olunub.

Onun yerinə, dosent Nərminə Vəliyeva təyin olunub.Qeyd edək ki, Nərminə Vəliyeva Milli Məclisin deputatı, “Odlar Yurdu” Universitetinin Müşahidə Şurasının sədri Samir Vəliyevin həyat yoldaşıdır.İşdən azad olunan Samirə Vəliyeva isə deputatın əmisi qızıdır.

“Odlar Yurdu”Universitetininrektoru sabiq millət vəkili, professor Əhməd Vəliyevdir. Son vaxtlar 78 yaşlı rektorun səhhətində problem yarandığı üçün universitetə nəzarət Müşahidə Şurasının sədri olan oğlu Samir Vəliyevtərəfindən həyata keçirilir (yenisabah.az).
Seçilən
17
33
reyting.az

10Mənbələr