"Opta" statistik platformasının superkompüteri keçirilmiş 12 çempionat turunun nəticələrinə əsasən İngiltərə Premyer Liqası klublarının 2024/2025 mövsümündə çempionluq şanslarını proqnozlaşdırıb.
Publika.az xəbər verir ki, qızıl medallara əsas iddiaçı "Liverpul"dur. Arne Slotun rəhbərlik etdiyi komandanın çempionluq olma ehtimalı 69,5% olaraq qiymətləndirilir.
İkinci sırada 23,3% şansla "Mançester Siti" qərarlaşıb. "Üçlüy"ü "Arsenal" tamamlayır - 6,5%.
Dördüncü sırada qərarlaşan "Çelsi"nin Premyer Liqadakı çempionluq şansı isə cəmi 0,6% olaraq qiymətləndirilir.