AZ

Tehran və Moskva qarşılıqlı ticarətdə dollarla vidalaşdılar - İran Mərkəzi Bankının rəhbəri

İslam Respublikası Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin bildirib ki, İran və Rusiya artıq qarşılıqlı ticarət əməliyyatlarında dollardan istifadə etmirlər və iki ölkə arasında maliyyə sektorunda əvvəllər imzalanmış müqavilələr sayəsində milli valyutalara keçiblər.

"Biz Rusiya ilə valyuta müqaviləsi bağlamışıq və dolları tamamilə yığışdırmışıq. İndi biz ancaq rubl və rialla ticarət edirik", - o, SNN telekanalının yayımladığı konfransda deyib.

O, həmçinin qeyd edib ki, iki ölkənin maliyyə orqanları xarici ticarət əməliyyatları üçün istifadə olunacaq valyuta məzənnəsi ilə bağlı razılığa gəliblər.

Seçilən
40
aznews.az

1Mənbələr