AZ

Ədalət Verdiyevin cəzası bu ola bilər — Hüquq nə deyir?

Xəbər verdiyimiz kimi hərbi ekspert Ədalət Verdiyev həbs olunub.

Busaat.az xəbər verir ki, eskpertin şübhəli bilindiyi Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələridir.

Bəs günahı sübuta yetirilərsə,Ədalət Verdiyevi neçə il müddətinə həbs gözləyir?

284.1. maddəsində qeyd olunur ki, şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulur.

308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Seçilən
21
2
busaat.az

3Mənbələr