AZ

Ərdoğan NATO baş katibi ilə görüşdü - NƏLƏR DANIŞILDI?

Prezident Ərdoğan NATO-nun baş katibi Mark Rutteni qəbul edib.

Turkustan.az xəbər verir ki, NATO Baş katibi Mark Rutte rəsmi təmaslar aparmaq üçün Ankaradadır. görüşdən sonra Rabitə Müdirliyindən edilən açıqlamada bildirilib ki, görüşdə Ukrayna-Rusiya müharibəsi və Fələstindəki qırğına son qoymaq üçün edilə biləcək işlər, terrorla mübarizədə atılacaq ortaq addımlar, Türkiyənin ev sahibliyi edəcəyi və2026-cı ildə keçiriləcək NATO Zirvəsi, NATO müttəfiqlərinin Türkiyə ilə müdafiə sənayesi təchizatı mövzusunda əməkdaşlığı müzakirə edilib.

Qəbulda NATO müttəfiqləri arasında müdafiə təchizatı ilə bağlı maneələrin aradan qaldırılması da nəzərdən keçirilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
27
turkustan.az

1Mənbələr