1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakı-Qazax yolunda zəncirvari qəza olub, xəsarət alanlar var.
"Report" xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Gəncə istiqamətində hərəkətdə olan "Mercedes-Benz" markalı mikroavtobus, "Toyota", "Fiat" və "Opel" markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində avtomobillərdə olan 4 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.