AZ

Çıxarışlarda bina, obyekt və fərdi yaşayış evlərinin tikilmə tarixi niyə qeyd edilmir? VİDEO

Binaların, qeyri yaşayış obyektlərinin və yaxud fərdi yaşayış evlərinin çıxarışlarında tikilmə tarixii qeyd edilmir.

Xezerxeber.az-ın xəbərinə görə, ekspert Elnur Fərzəliyev deyir ki, illər əvvəl verilən çıxarışlarda, əmlakın tikilmə tarixi qeyd edilsə də, sonrakı dövrlərdə bu yazılmır.

Onun sözlərinə görə, əslində əmlakın çıxarışında tikilmə tarixi və istismar müddətinin başa çatma tarixi qeyd edilməlidir. Əks halda bu suni qiymət artımına səbəb olur.

Ekspert qeyd edir ki, istismar müddəti bitən binalarda sonradan alıcılar bir sıra problemlərlə üzləşirlər.

Həmçinin bu mənzillər ipoteka predmeti də ola bilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
42
xezerxeber.az

1Mənbələr