AZ

Serbiya prezidenti: “Mənim yalnız bir kreslom var”

Serbiya Rusiyaya qarşı müstəqil siyasət aparır və strateji məqsəd Aİ-yə tamhüquqlu üzvlükdir.

NOCOMMENT.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç BBC telekanalının “Hardtalk” proqramında deyib.

Aparıcının Rusiyaya qarşı sanksiya tətbiq etməkdən imtina edərək “iki stulda oturmaq” cəhdi ilə bağlı sualına o, belə cavab verib: “Mənim yalnız bir kreslom var. İki stul yoxdur. Və bu o deməkdir ki, biz öz qərarlarımızı veririk. Bu o deməkdir ki, biz Ukraynaya humanitar və maliyyə yardımı gələndə dəstək vermişik”.

Serbiya lideri qeyd edib ki, xüsusi əməliyyat başlayandan sonra Moskva ilə Belqrad arasında ticarət dövriyyəsi yarıbayarı azalıb. O, həmçinin əlavə edib ki, son iki il yarım ərzində Rusiya prezidenti Vladimir Putinlə yalnız bir dəfə telefonla danışıb. Bundan əlavə, Vuçiç Serbiyanın hələ də Avropa İttifaqına üzvlüyü özünün strateji hədəfi hesab etdiyini vurğulayıb.

Seçilən
34
nocomment.az

1Mənbələr