AZ

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin həcmi artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi 3 milyard 942 milyon 426 min ABŞ dolları təşkil edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə 499 milyon 371 min ABŞ dolları (14,5%) çoxdur. Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 10.01 %-i həcmində olub. 10 ayda Azərbaycan Rusiyaya 972 milyon 509 min ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,19% çoxdur. Bu dövrdə Azərbaycanın ümumi məhsul ixracının 4.28%-i Rusiyanın payına düşüb. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Rusiyadan məhsul idxalını illik müqayisədə 19,6% artıraraq, 2 milyard 969 milyon 917 min ABŞ dollarına çatdırıb. Dövr ərzində Rusiya ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 17.85%-ni təşkil edib.

Seçilən
22
3
sia.az

3Mənbələr