AZ

Tehran və Moskvanın dollarla vidalaşması

İran Rusiya qarşılıqlı ticarət əməliyyatlarında artıq dollardan istifadə etmir əvvəlcədən imzalanmış maliyyə sektoruna dair razılaşmalar sayəsində milli valyutalara keçiblər.

Valyuta.Az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Mərkəzi Bankının rəhbəri Məhəmməd Rza Fərzin (Mohammadreza Farzin) məlumat verib.

"Biz Rusiya ilə valyuta razılaşması əldə etmişik və dolları tamamilə aradan qaldırmışıq. İndi yalnız rublla və rialla ticarət edirik," — deyə o, "SNN" telekanalı vasitəsilə yayımlanan konfransda bildirib. Həmçinin, hər iki ölkənin maliyyə qurumlarının xarici ticarət əməliyyatlarında istifadə ediləcək məzənnə barədə razılığa gəldiyini vurğulayıb.

Qeyd edək ki, Kreml oktyabrın 21-də məlumat verib ki, İran və Rusiya arasında qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadə 2024-cü ildə 12,4% artıb və ümumi əməliyyatların 96%-ni təşkil edib.

İyul ayında iki ölkənin mərkəzi bankları arasında valyuta mübadiləsinə dair saziş imzalanıb və Rusiyanın "Mir" ödəniş sistemi ilə İranın "Şetab" sisteminin inteqrasiyası tamamlanıb. Noyabrın 11-də Tehran şəhərində İran və Rusiya ödəniş sistemlərinin inteqrasiyasına dair layihənin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Məhəmməd Rza Fərzin bildirib ki, artıq İran vətəndaşları öz bank kartlarından istifadə edərək Rusiyada bankomatlardan nağd pul çıxara biləcəklər.

Rəhim

Seçilən
31
valyuta.az

1Mənbələr