Trampın Çinlə bağlı dedikləri qalmaqala çevrilib
Rəsmi Pekin ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampın Çinin bu ölkəyə narkotik maddə tədarükünü asanlaşdırması ilə bağlı ittihamlarını rədd edir.
Reyting.az xəbər verir ki, bu barədə Çinin Vaşinqtondakı səfirliyinin əməkdaşı Liu Penqyu açıqlama yayıb.
Onun sözlərinə görə, Trampın dedikləri yalandır və həqiqətə tamamilə ziddir.
Liu Penqyu 2023-cü ildə San-Fransiskoda ÇXR Sədri Si Cinpin və Ağ evin indiki sahibi Co Bayden arasında keçirilən görüşün əsas müzakirə mövzusunun narkotiklərin daşınması ilə mübarizə olduğunu da xatırladıb.
Y. QACAR