Bu gün Nizami rayonu Eldar Quliyev adına 145 saylı tam orta məktəbə istilik verilməyib.Bu barədə redaksiyamıza övladları həmin məktəbdə oxuyan valideynlər bildiriblər."Bugünkü soyuqda iki uşağım donmuş vəziyyətdə evə gəliblər. Siz təsəvvür edirsiniz, sinif bumbuz olub. Deyirlər, guya borularda problem var. Əslində hər il ayın 15-dən məktəblərə istilik verilirdi. COP 29-a görə uşaqlar dərsə getmirdilər, bu gün ilk dəfə tətildən sonra məktəbə döndülər, o da belə. Bu neçə gündə niyə istilik problemi həll olunmayıb ki?! Uşaqlar bir gün məktəbə getməyən kimi arayış tələb edirlər. İndi bu soyuqda kim zəmanət verəcək ki, bizim uşaqlar məktəbdəki soyuğa görə xəstələnməyiblər. Biz uşaq olanda məktəbdə istilik olmayanda direktor üzrxahlıq edib, uşaqları evə buraxardı. İndi uşaqların halına yanan da yoxdur".Qeyd edək ki, valideynlərin şikayəti ilə bağlı həm məktəb rəhbərliyinə, həm də Azəristiliktəchizat” ASC-ə müraciət etdik.Sorğumuz cavablandırıldığı təqdirdə məlumat verəcəyik.(musavat)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta