AZ

"Net Elektrik"ə yazılan protokola baxılacaq tarix açıqlandı

"Net Elektrik" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun sədrliyi ilə dekabrın 5-də baxılacaq.

 

Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub. 

 

Qeyd: Qanuni təmsilçisi Fatih Sarihan olan şirkət 2019-cu ildə dövlət qeydiyyatına alınıb.

 

Xəyal Quliyev

Tarix: 26 Noyabr 2024, 10:30   
Seçilən
13
6
pravda.az

10Mənbələr