AZ

Yarımcan olan xəstəyə niyə əlilik verilmir? - Şirvan sakini özbaşınalıqla bağlı Prezident və xanımına üz tutub 

Şirvan şəhər sakini Elmira Bayım qızı Babayevanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya  şikayət ünvanlayıb.

Mia.az xəbər verir ki, şikayət məktubu Tezadlar.az saytında yayılıb.

"Möhtərəm cənab Prezident!

Hörmətli Mehriban xanım!

Şikayətim Şirvan şəhər Mərkəzi Xəstəxanasının həkimi Elşən Qafarovun özbaşınalığındandır. Bildirirəm ki, həyat yoldaşım - 04.01.1965-ci il doğumlu Xavandi Samit Sədulla oğlu beyin insultu keçirib. Yataq xəstəsidir, danışa bilmir, özü yemək yeyə bilmir və s. 22.09.2024-cü ildən 14.10.2024-cü ilədək Şirvan şəhər Mərkəzi Xəstəxanasında müalicə olunub.

Xahiş edirəm, bizi qəsdən süründürən, get-gələ salan Şirvan şəhər Mərkəzi Xəstəxanasının həkimi Elşən Qafarovun fəaliyyəti araşdırılmaqla, barəsində müvafiq tədbir görülsün və həyat yoldaşıma əlillik təyin edilməsi üçün bizə yardımçı olasınız. Öncədən Sizlərə təşəkkürümü bildirirəm".
 

Seçilən
19
mia.az

1Mənbələr