AZ

Trampın müşaviri Borisin rüşvət qalmaqalı: Təhqiqat başladılıb – ÖZƏL

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandası onun baş müşaviri və müşavirlik üzrə əsas köməkçisi Boris Epşteyni potensial təyinatlar üçün rüşvət tələb etməkdə ittiham edib. 

Olaylar.az xəbər verir ki, xəbərdə bildirilir ki, Trampın göstərişi ilə Epşteyn barədə rəsmi təhqiqat başlanıb. Beş nəfərin təqdim etdiyi məlumatlara görə, Epşteyn yeni administrasiyada vəzifələrə təyinat üçün müəyyən şəxslərdən ödəniş tələb edib.

Epşteyn bu iddiaları rədd etsə də, təhqiqat materiallarında onun bəzi şəxslərlə görüşərək ödəniş qarşılığında vəzifələrə təyin olunmalarını vəd etdiyi qeyd olunub. Sənəddə Trampa müşaviri ilə əməkdaşlığı təcili şəkildə dayandırması tövsiyə edilir.

Hazırda məsələ ilə bağlı araşdırmalar davam etdirilir və nəticələrin Trampın administrasiyasının formalaşmasına necə təsir edəcəyi böyük maraq doğurur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
olaylar.az

1Mənbələr