AZ

Paşinyan Ermənistan XİN-nin demək olar bütün rəsmi avtomobillərini ixtisar edir

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Xarici İşlər Nazirliyinin demək olar ki, bütün rəsmi avtomobillərini ixtisar etmək qərarına gəlib...

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın "Past" qəzeti yazıb.

Xarici işlər naziri Ararat Mirzoyan baş nazirə xarici qonaqları qəbul etmək və onları müşayiət etmək üçün idarə maşınlarının lazım olduğunu deyərək vəziyyəti düzəltməyə çalışıb.

Bununla belə, nəşrin yazdığına görə, hökumət başçısı aydın şəkildə bildirib ki, alternativ variantları, məsələn, avtomobillərin icarəsini axtarmaq lazımdır.

Nəşr mənbəyə istinadən qeyd edir ki, Mirzoyanın Paşinyanı razı sala biləcəyi hələlik bəlli deyil, lakin bu fonda onların münasibətləri pisləşib.

Bundan əvvəl Paşinyan rəsmi dövlət maşınları siyahısında ixtisarların olacağını bildirib.

"Bu qərar nəticəsində bəzi təşkilati problemlər yaranacaq, lakin həmkarlarımız mənim əvvəlki göstərişlərimə vaxtında cavab vermədilər", deyə baş nazir bildirib.

Onun sözlərinə görə, xidməti avtomobillərin 70-90 faizi ixtisar olunacaq.

Poliqon.info

Seçilən
11
poliqon.info

1Mənbələr