AZ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 487 Bakı şəhəri, 21 noyabr 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” 2014-cü il 1 may tarixli 118 nömrəli və “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2016-cı il 14 mart tarixli 125 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1142-VIQD nömrəli Qanununun tətbiqi və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 3 iyun tarixli 80 nömrəli Fərmanının 2-ci hissəsinin və “Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” 2024-cü il 23 aprel tarixli 1142-VIQD nömrəli qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 3 iyun tarixli 81 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 547 (Cild I); 2024, № 1, maddə 87, № 4, maddə 470) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na aşağıdakı məzmunda 9.4-cü və 9.5-ci bəndlər əlavə edilsin:

9.4. Dərman vasitələrinin dövlət reyestri
9.5. Dərman vasitələrinin təqib və izləmə sistemi

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 125 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 791 (Cild I) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.1.9-cu yarımbənddə “dezinfeksiya vasitələrini, immunobioloji preparatları istifadə təlimatlarına və farmakopeya məqalələrinə,” sözləri “tibb vasitələrini, dərman maddələrini, immunobioloji preparatları və tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrini istifadə təlimatlarına, farmakopeya məqalələrinə və klinik protokola” sözləri ilə əvəz edilsin;

2.2. 3.1.9-1-ci yarımbəndə “dərman vasitəsinin” sözlərindən sonra “və dərman maddəsinin” sözləri əlavə edilsin və həmin yarımbənddə “dərman vasitələrinin” sözləri “onların” sözü ilə əvəz edilsin;

2.3. 3.1.9-2-ci yarımbəndə (birinci halda) “dərman vasitələrinin” sözlərindən sonra “və dərman maddələrinin” sözləri əlavə edilsin və həmin yarımbənddə (ikinci halda) “dərman vasitələrinin” sözləri “onların” sözü ilə əvəz edilsin;

2.4. 3.1.11-ci yarımbənddə “dezinfeksiya vasitələrinin,” sözləri “tibb vasitələrinin, dərman maddələrinin və” sözləri ilə əvəz edilsin;

2.5. 3.2.1-ci yarımbəndə “dərman vasitələrindən” sözlərindən sonra “və dərman maddələrindən” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Seçilən
9
xalqqazeti.az

1Mənbələr