Bakı. Trend:
Kişi idman gimnastikası üzrə 29-cu, qadın idman gimnastikasıüzrə 8-ci ölkə çempionatı və birinciliyi davam edir.
Trend xəbərverir ki, 25 və 26 noyabr tarixlərində Milli Gimnastika Arenasında“Kişi idman gimnastikası üzrə 29-cu, qadın idman gimnastikası üzrə8-ci ölkə çempionatı və birinciliyi” yarışları start götürüb.
Yarışlarda balacalar (2015-2016), kiçiklər (2017-ci il), uşaqlar(2013-2014), yeniyetmələr (2011-2012), gənclər (2007-2010) vəböyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrəgimnastlar mübarizə aparacaqlar.
İdmançılar gimnastika atı, sərbəst hərəkətlər, dayaqlı tullanma,halqalar, paralel qollar, turnik üzrə proqramlarda öz məharətlərinigöstərəcəklər.