AZ

Tramp üç ölkəyə xəbərdarlıq edib

Tramp

ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tramp prezident vəzifəsinə keçdiyi zaman Meksika, Kanada və Çinə tətbiq edəcəyi rüsumları açıqlayıb və “bədəl ödəməyin vaxtıdır”, - deyib.

Reyting.az
xəbər verir ki, Donald Trampın bu xəbərdarlığı ABŞ-da böyük təsir bağışlayıb.

Tramp sərhəd təhlükəsizliyini təmin etmək və ölkəyə narkotik, xüsusilə də fentanil ixracının qarşısını almaq üçün Meksika, Kanada və Çinə tətbiq edəcəyi tarifləri paylaşıb. Minlərlə insanın Meksika və Kanadadan keçərək ölkəyə indiyədək heç vaxt görünməmiş səviyyədə “cinayət və narkotik” gətirdiyinə diqqət çəkən Tramp qeyd edib ki, hazırda Meksikadan gələn minlərlə insan sərhədləri keçmək istəyir.

“Yanvarın 20-də verəcəyim ilk sərəncamlardan biri Meksika və Kanadadan ABŞ-a gələn bütün məhsullara 25 faiz rüsum tətbiq etmək üçün lazımi sənədləri imzalamaqdır. Bu, əcnəbilər və xüsusilə fentanil daxil olmaqla narkotiklərin ölkəmizi işğal etməsini dayandırana qədər qüvvədə qalacaq”, - Tramp bildirib.

Meksika və Kanadanın uzun müddətdir davam edən problemi asanlıqla həll etmək üçün mütləq haqq və gücə sahib olduğunu ifadə edən Tramp deyib: “Biz onlardan bu gücdən istifadəni tələb edirik. Bunu edənə qədər onların böyük bir bədəl ödəmələrinin vaxtıdır”.

Tramp Çindən göndərilən külli miqdarda narkotik, xüsusilə fentanillə bağlı bir sıra müzakirələr apardığına da diqqət çəkib:

“Çinli nümayəndələr mənə dedilər ki, bu işlə məşğul olan narkotik alverçilərinə qarşı ən yüksək cəzanı - edam cəzasını tətbiq edəcəklər, təəssüf ki, onlar bunu heç vaxt etməyiblər və narkotiklər ölkəmizə əvvəllər heç vaxt görünməmiş səviyyədə axır, əsasən də Meksika vasitəsilə. Bunu dayandırına qədər Çindən gələn bütün məhsullara 10 faiz əlavə gömrük rüsumu tətbiq edəcəyik”.

Y. QACAR
Seçilən
7
12
reyting.az

10Mənbələr