AZ

SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədri ilə görüşüb

25 noyabr 2024-cü il tarixində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru Con Vallas ilə görüşüb.

FED.az xəbər verir ki, görüşdə SOCAR ilə “DeGolyer and MacNaughton” şirkəti arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.  

Tərəflər yataqların işlənmə planının optimallaşdırılması, ehtiyatların dəqiqləşdirilməsi, inteqrasiya olunmuş modellərin hazırlanması, geotermal enerji, karbonun tutulması və saxlanılması (CCUS) istiqamətləri üzrə görülən işləri nəzərdən keçirib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

SOCAR-ınSOCAR-ın
Seçilən
3
7
fed.az

8Mənbələr