On doqquz yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.
Doğru.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma İsveçrə ilə üz-üzə gələcək. Kiprin “Kouklia Community” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Görüşü ukraynalı referi Kristina Kozoroq idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyunlarını Estoniya və İsveçrə seçmələrinə qarşı keçirəcək.
DOĞRU.AZ