HƏMAS Livanın şiə "Hizbullah" hərəkatı ilə İsrail arasında atəşkəsi dəstəkləyəcək.
Publika.az xəbər verir ki, bunu HƏMAS Siyasi Bürosunun üzvü Usamə Həmdan bildirib.
"Hizbullah" xalqımızı dəstəklədiyi və böyük fədakarlıqlar göstərdiyi üçün Livanda atəşkəs elan edilməsini alqışlayırıq", - Həmdan Əl-Mayadeen deyib.
O qeyd edib ki, HƏMAS və "Hizbullah" “bir-birinə güvənir və hərəkətlərini hər detalda əlaqələndirirlər”.
Bundan əvvəl “The Times of Israel” İsrail nazirlərinin "Hizbullah"la atəşkəs razılaşmasını təsdiqləməyi planlaşdırdıqlarını yazıb.
EFE-nin məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu “bəzi qeyd-şərtlərlə” ABŞ-ın təklif etdiyi razılaşmanı qəbul edib. Netanyahunun şərtlərinə, xüsusən, "Hizbullah"ın atəşkəs şərtlərini pozduğu halda İsrailə “fəaliyyət azadlığı”nın verilməsi tələbi daxildir.
Livan rəsmisi CNN-ə deyib ki, atəşkəsin “24 saat ərzində” elan ediləcəyi gözlənilir.