AZ

Hərbi attaşe Qəhrəman Məmmədov həbs olunub

Polkovnik-leytenant Qəhrəman Məmmədov qaçaqmalçılıq ittihamı ilə həbs olunub. KİV-in məlumatına görə, o, Türkiyədə üzərində 70 kq qızıl ilə saxlanılıb.

Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 206.3.3-cü (Azərbaycan Respublikasından kənarda törədilən qaçaqmalçılıq) və 341.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə Məmmədov 4 ay müddətinə həbs edilib.

Qeyri-rəsmi məlumatlara görə, o, Müdafiə Nazirliyi sistemində müxtəlif vəzifələri tutub. Onun sonuncu iş yeri Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi olub, burada o, hərbi attaşe vəzifəsində işləyib. Daha əvvəl Azərbaycanın ABŞ-dakı səfirliyində hərbi attaşe köməkçisi olub.

Lakin nə XİN, nə Müdafiə Nazirliyi bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Eyni zamanda, hökumətyönlü KİV-lərdə Məmmədovun həbsi haqqında bir-birinə bənzər nəşrlər dərc olunub.

Seçilən
15
turan.az

1Mənbələr