AZ

Prokuror Trampa qarşı cinayət işinin ləğvini istədi – “Konstitusiya tələb edir”

Xüsusi prokuror Cek Smit məhkəmədən 2020-ci il seçkilərinə müdaxiləyə cəhddə və məxfi sənədləri düzgün saxlamamaqda şübhəli bilinən ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa qarşı federal cinayət işinə xitam verilməsini xahiş edib.

"Ədliyyə Departamentinin mövqeyi ondan ibarətdir ki, Konstitusiya bu işin müttəhimin andiçmə mərasimindən əvvəl ləğv edilməsini tələb edir" deyə Smit altı səhifəlik bəyanatında yazıb. "Bunun işin mahiyyəti və ya irəli sürülən ittihamların gücü ilə heç bir əlaqəsi yoxdur".

Tramp daha əvvəl Ağ Evə gələn kimi Smiti işdən çıxaracağını bildirmişdi. Seçilmiş Prezident ittihamlar üzrə günahsız olduğunu bəyan etmişdi.

“AzPolitika.info”

Seçilən
27
20
azpolitika.info

10Mənbələr