AZ

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

“Expressbank” 2023-cü il üzrə səhmdarlarına 12 milyon 409 min manat dividend elan edib və 12 milyon 722 min manat ödəniş edib.

Valyuta.az xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 2,4 dəfə və ya 7 milyon 372 min manat çoxdur. 

Səhmdarlar arasında ən çox qazanan Seyidov Hafiz Mirzağa oğludur. Belə ki, fiziki şəxs olaraq bankın səhmlərinin 19,98% və qanuni təmsilçisi olduğu “Azenco Group” MMC isə səhmlərin 48,78%-nə sahibdir. Ümumilikdə, onun bankda payı 68,77% təşkil edir. Bu isə o deməkdir ki, Hafiz Seyidovun 2023-cü ildə bankdan təmiz qazancı 8 milyon 749 min manatdır. 

Bankda 30,85% səhmə sahib olan “Enerqoservis” MMC-nin əldə etdiyi dividendin həcmi 3 milyon 924 min manat təşkil edib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin bankdakı səhmləri cəmi 0,38% təşkil etdiyindən ona ötən il üzrə ayrılan dividenddən 48,3 min manat pay düşüb. 

Qeyd edək ki, mediayada yayılan məlumatlarda “Expressbank”ın, həmçinin onun əsas səhmdarı “Azenco Group”un "Azərenerji"nin sabiq prezidenti Etibar Pirverdiyevə aid olduğu bildirilir.

Pünhan

Seçilən
24
valyuta.az

1Mənbələr