"Bunu onların yastıbaş olması da təsdiq edir" - Deputat
"2025-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin artırılmasını xüsusilə dəstəklədiyimi bildirmək istəyirəm. Çünki 200 illik tarixi təcrübə, nəinki son 30 ilin və 44 günlük müharibədən sonrakı son 4 ilin dərsləri, hətta Ermənistan rəhbərliyinin son aylardakı və son günlərdəki bütün hərəkətləri sübut edir ki, onlar toplum və dövlət olaraq region ölkələrinə qarşı ərazi iddialarından heç vaxt əl çəkməyiblər və əl çəkən də deyillər".
aia.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli deyib.
"Sülh sazişi ilə bağlı danışıqlar isə onlara silahlanmaqdan və növbəti müharibəyə hazırlaşmaqdan ötrü vaxt qazanmaq üçün lazımdır. Ona görə də qərbi azərbaycanlı soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışı da məhz Azərbaycan dövlətinin və Azərbaycan Ordusunun daha da güclənməsinə bağlıdır. Yəni, ermənilərin başı üstündə həmişə dəmir yumruq olmalıdır. Bunu onların antropologiyası, baş quruluşlarının braxikefal, yəni, yastıbaş olması da təsdiq edir", - deyə deputat bildirib
aia.az