FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, o, Konfrans Liqasının əsas mərhələsinin 4-cü turunda keçiriləcək “Serkle Brügge” (Belçika) – “Harts” (Şotlandiya) oyununun baş hakimi olacaq. Məsiyevə yan xətdə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
Noyabrın 28-də Brügge şəhərində yerləşən “Jan Breydel” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21.45-də başlayacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta