AZ

Əhaliyə XƏBƏRDARLIQ edildi: Noyabrın 27-də başlayır - ÇOX GÜCLÜ olacaq

Noyabrın 27-28-də Yerin maqnit sahəsində ciddi dəyişikliklər baş verəcək.

Musavat.com xəbər verir ki, proqnozlara əsasən, bu dövrdə güclü G4 kateqoriyalı geomaqnit qasırğası qeydə alınacaq, Günəş küləklərinin sürəti artacaq və maqnit sahəsinin göstəriciləri yüksək səviyyədə olacaq.

Belə geomaqnit hadisələri meteohəssas insanlar üçün yorğunluq, baş ağrıları, yuxu pozuntuları kimi təsirlərə səbəb ola bilər. Rabitə və peyk sistemlərində də texniki problemlər yarana biləcəyi bildirilir. Mütəxəssislər bu günlərdə fiziki aktivliyi azaltmağı, bol maye qəbul etməyi və rahat mühitdə olmağı tövsiyə edirlər.

Qeyd edək ki, G4 səviyyəli geomaqnit qasırğası “güclü” kateqoriya hesab olunur. Geomaqnit qasırğaları Kp indeksinə əsasən ölçülür və G1-dən (zəif) G5-ə (ekstremal) qədər sıralanır. G4 səviyyəsi aşağıdakı təsirlərlə müşahidə olunur:

Texnoloji təsirlər: Elektrik şəbəkələrində gərginlik problemləri yarana bilər. Peyk əməliyyatlarında xətalar və rabitə kəsintiləri ola bilər.

Təbii hadisələr: Qütb işıqlarının (aurora) adi yerlərdən daha cənubda görünməsi mümkündür.

Sağlamlıq təsirləri: Meteohəssas insanlar üçün narahatlıq, yuxu problemləri və yorğunluq yarada bilər.

Bu cür qasırğalar həm texnologiyaya, həm də insan fəaliyyətinə ciddi təsir göstərə bilər və bu səbəbdən diqqətli olmaq tövsiyə olunur.

Musavat.com

Seçilən
21
4
musavat.com

6Mənbələr