Gürcüstan parlamenti prezident seçkilərinin keçirilmə tarixini təsdiqləyib.
APA “Sputnik”ə istinadən xəbər verir ki, seçkilər 14 dekabrda, andiçmə mərasimi isə 29 dekabrda keçiriləcək.
Gürcüstanın yeni prezidenti seçicilər kollegiyası tərəfindən 5 il müddətinə seçiləcək.
Spiker Şalva Papuaşvili parlamentin iclasında bildirib ki, hazırkı prezidenti Salome Zurabişvilinin səlahiyyət müddəti dekabrın 16-da başa çatır.
***
12:33
Gürcüstanda prezident seçkiləri 14 dekabrda keçiriləcək.
APA xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, andiçmə mərasimi isə 29 dekabrda baş tutacaq.