AZ

AL: Cüneyt Çakır “Qarabağ”ın matçına təyinat alıb

Türkiyənin tanınmış futbol hakimi Cüneyt Çakır Bakıya gələcək.

Apasport.az xəbər verir ki, hazırda Gürcüstan Futbol Federasiyasında Hakimlər Komitəsinin sədri vəzifəsində çalışan keçmiş referi “Qarabağ”ın avrokubok oyununa təyinat alıb.

O, Ağdam klubunun UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Fransanın “Lion” komandasına qarşı keçirəcəyi V tur matçında hakim-inspektor funksiyasını yerinə yetirəcək. Görüşün UEFA nümayəndəsi isə yunanıstanlı Aristeidis Stavropulos olacaq.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.

Əliyar Ağayev AL matçını idarə edəcək

Reşford üçün Fransadan müştəri

Tovuzda hesab açılmayıb, "Şamaxı-2"dən səfər qələbəsi

Kapitan məşqləri bərpa edib

AFFA Hacıyevi milliləşdirməkdə israrlıdır

Seçilən
15
7
apasport.az

10Mənbələr