AZ

“Kontakt Home” kredit bataqlığında - MİNLƏRLƏ MƏHKƏMƏ İŞİ VƏ...

Azərbaycanın ən böyük mağazalar şəbəkələrindən biri olan “Kontakt Home”un sahibi olan “ABC-Telecom” MMC-nin məhkəmə müraciətləri bitib-tükənmək bilmir.

Poliqon-nun məlumatına görə, Məhkəmə portalından görünən məlumatlara görə, ötən ay “ABC-TELECOM” MMC (“Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərir) 2823 problemli kreditlə bağlı ölkə məhkəmələrinə müraciət edib. Ümumilikdə ötən ay məhkəmələrdə “Kontakt Home” mağazalar şəbəkəsinin 3623 işi olub.

Bu iddialıarın bir çoxuna artıq baxılsa da, “Kontakt Home” mağazalar şəbəkəsinin problemli kreditlərlə bağlı məhkəmələrə müraciəti bu ay da azalmayıb.

Əldə etdiyimiz məlumata görə isə “Kontakt Home” mağazalar şəbəkəsinin problemli kreditlərlə bağlı riskləri hər gün daha da böyüyür. Həmçinin bizə daxil olan məlumata görə, məhkəmələrin icra orqanlarında “Kontakt Home” mağazalar şəbəkəsinin minlərlə məhkəmə qərarı var və bu qərarların böyük əksəriyyətinin icrası ilə bağlı problemlər yaşanır.

Qeyd edək ki, bu ayın statistikası da “Kontakt Home” üçün heç də ürək açan deyil. Belə ki, bu həftənin ilk iş günündə “ABC-TELECOM” MMC-nin vəkilləri 22 məhkəmədə borcla bağlı iddia qaldırıblar.

Ötən həftə isə 323 vətəndaşa qarşı iddia irəli sürülüb. “ABC-TELECOM” MMC-nin bu ayın məhkəmə statistikası isə 1116 iddia təşkil edib.

Ümumilikdə isə hazırda “ABC-TELECOM” MMC-nin məhkəmələrdə 2837 işi var.

Qeyd edək ki, “ABC-TELECOM” MMC tərəfindən təsis olunan “Kontakt Home” sabiq deputat Elnur Allahverdiyevə məxsusdur.

Seçilən
2
7
mia.az

8Mənbələr