Rüşvət almaqda təqsirləndirilən Suraxanı rayon Sukanal İdarəsinin sabiq rəisi Mehman Haşımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıqovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin vəkili onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verib.
Həmçinin, müdafiəçi deyib ki, müvəkkili xərçəng xəstəsidir.
Hakim heyəti vəsatəti təmin etməyib.
Məhkəmənin baxış iclası dekabrın 3-nə təyin olunub.
Qeyd edək ki, Mehman Haşımov ləğv edilmiş "Azərsu" ASC-nin yerli şöbələrində həyata keçirilmiş kompleks yoxlamalar nəticəsində tutduğu vəzifəsindən azad edilib.