AZ

Serbiyalı ikinci dəfə Bakıya səfər edəcək

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin V turunda “Lion”la (Fransa) qarşılaşacaq.

FutbolPress“in məlumatına görə, görüşün baş hakimi serbiyalı Nenad Minakoviç idarə edəcək. Referi daha əvvəl bir dəfə Azərbaycan yığmasının oyununa təyinat alıb.

O, 2023-cü ilin sentyabrın 9-da Bakıda keçirilən Azərbaycan – Belçika matçını idarə edib. “Liv Bona Dea Arena”da baş tutan görüş rəqibin minimal hesablı qələbəsiylə başa çatıb.

 

Seçilən
23
futbolpress.az

1Mənbələr