AZ

Azərbaycanda İPO-ların vergi güzəştləri vasitəsilə dəstəklənməsi planlaşdırılır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İPO-ların vergi güzəştləri vasitəsilə dəstəklənməsini planlaşdırır.

Bunu Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, kapital bazarlarının inkişafı ölkənin prioritet sahələrindən biridir.

"Bu istiqamətdə Azərbaycan Mərkəzi Bankı (AMB) ilə birgə qanunvericiliyin təkmilləşdirilməsi üzərində iş aparılır. “Hüquqi bazanın yaradılması ilə yanaşı, bu sahədə institusional bazanın da formalaşdırılması vacibdir. Birjanın fəaliyyəti və onun üzvlərinin inkişafı bu prosesin ayrılmaz tərkib hissəsidir”, - deyə S.Musayeva qeyd edib.

Seçilən
2
5
aznews.az

8Mənbələr