AZ

"Kürd Elnur" yenidən hakim qarşısında

Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, xarici turistlərin ölkəmizə olan marağını da artırır.

Turizm sahəsində fəaliyyət göstərən özəl şirkətlərin sayının artması müsbət hal olsa da, son zamanlar bu istiqamətdə bir çox problemlər yaşanır.

Məsələn özəl şirkətlərin bələdçilərinin dil, peşəkarlıq problemi həmçinin, düzgün tənzimlənməyən qiymətlər, təhlükəsizlik və bir sıra oxşar məsələləri də bura aid etmək olar.

Turizm Agentliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, turizm bələdçiliyi sahəsində xidmət keyfiyyətinin qaldırılması və bələdçilərin peşə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə turizm bələdçilərinin sertifikatlaşdırılması həyata keçirilir.

“Turizm bələdçilərinin sertifikatlaşdırılması qanunvericikilə müəyyən olunmuş qaydada bələdçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi yolu ilə Milli Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya edilmiş Dövlət Turizm Agentliyinin tabeliyində olan Azərbaycan Turizm Bürosu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının “Turizm haqqında” Qanununa əsasən turizm bələdçilərinin sertifikatlaşdırılması könüllüdür”. 

Qurumdan o da bildirilib ki, 2024-cü il ərzində COP29 tədbirinə hazırlıq çərçivəsində 100-ə yaxın turizm bələdçisi 6 aylıq  təlimlərə cəlb olunub və sertifikatlaşdırılıb.

Sertifikatlaşdırımadan keçmiş turizm bələdçilərinin etik davranış qaydalarına riayət etməsinə nəzarət olunur. Etik davranış qaydalarına riayət etməyən bələdçilərin sertifikatlarına xitam verilə bilir.

Sertifikatlaşdırılmış turizm bələdçilərinə xüsusi güzəştlər də olunur. Belə ki, “Turizm haqqında” Qanununa əsasən sertifikatlaşdırılmış turizm bələdçilərinin dövlət və bələdiyyə mülkiyyətində olan muzey və qalereyalara, həmçinin dövlət qoruqlarına ödənişsiz giriş hüququ var. 

“Cebheinfo.az” 

 

Seçilən
23
cebheinfo.az

1Mənbələr