AZ

"Cəmiyyət əlil qadını olduğu kimi qəbul etməli, dövlət isə qayğısını əskik etməməlidir" - Səbinə Kərimova ilə MÜSAHİBƏ

Cəmiyyətdə hər kəsin bərabər hüquq və imkanlardan faydalanması sosial inkişafın əsas göstəricilərindən biridir. Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, onların cəmiyyətə inteqrasiyası və məşğulluq imkanlarının genişləndirilməsi ölkəmizdə mühüm prioritetlərdən biridir. Bu mövzu ilə bağlı QHT.az-ın müsahibi Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimovadır.

 

QHT.az: “Əlilliyi olan qadınlar işləyə bilməz” stereotipi Azərbaycanda hələ də geniş yayılmış bir fikir olaraq qalırmı?

Səbinə Kərimova: Bəli, çünki cəmiyyət əlilliyi olan şəxsləri yararsız , ailə isə onları  ailənin yükü kimi görürlər. Cəmiyyətimiz sanki əlil qadınların  hamı ilə birgə çalışmasını normal qəbul edə bilmir.   Əgər cəmiyyət əlilləri tam qəbul etsə, problemləri də özlükdə həllini tapacaq. Ancaq cəmiyyət əlilə bir ağır yük kimi, lazımsız bir insan kimi baxır. Düşünür ki, o, yararsızdır. Əlilliyi olan qadın isə ailənin gözündə daha ağır yükdür. Onların nəinki işləməyinə heç təhsil almalarına şərait yaradılmır. Valdeyin düşünür ki, təshili, peşəni  sağlam övladıma verim ki, qocalanda mənə və əlil övladıma baxsın.Bu çox yalnış düşüncədir.  Ümumilikdə cəmiyyətdən öncə ailələr öz əlil övladlarını olduqları kimi qəbul etməlidirlər. Onları sağlam övladlarından ayırmamalıdırlar. Əgər ailələr öz əlil övladlarına təhsil versələr,onların hər işində dəstək olsalar, cəmiyyətdə əlil qadın işləyə bilməz sözünü  işlətməz.. Çox təəssüf ki, Azərbaycanda hələ də bu stereotip qalmaqda davam edir.  Əlilliyi olan qadınların hamı kimi cəmiyyətdə bərabər imkanlardan istifadə etməlidirlər. Cəmiyyət arasında elə şərait yaradılmalıdır ki, əlil  insanlar digər insanlar arasında özünü narahat hiss etməsin. Belə insanlara sadəcə dəstək vermək lazımdır.

 

QHT.az:Bu stereotipin aradan qaldırılmasında təhsil və maarifləndirmə proqramlarının rolu nədir?

Səbinə Kərimova: Düşünürəm əgər ailədə əlil övlad varsa valdeyin öncə o, uşağa təhsil verməldir ki, sabah öz işinin sahibi ola bilsin. Bunun üçün öncə valdeyinlər maarifləndirilməlidir. Onlara izah olunmalıdır ki, əlil övlad yararsız deyil, onları siz yarasız hesab etdiyinizə görə yararsız olular. Hansısa peşəyə və təhsilə cəlb olunan əlil qadın çox rahat iş tapa bilər və cəmiyyətə nə qədər faydalı və yaralı olduğunu sübut edə bilər. Həmişə demişəm və yenədə deyirəm əlilliyi olan şəxslər öz işlərinə çox məsuliyyətlə yanaşırlar çünki onlar mən sağlam insandan daha faydalıyam mesajını vermək üçün, özünü cəmiyyətin bir hissəsi olduğunu sübut etmək üçün daha məsuliyyətli olurlar. Ümumiyyətlə əlillərin ictimai proseslərə fəal qoşulmaları, cəmiyyətin normal üzvləri kimi qəbul olunmaları və özlərini cəmiyyətdə təcrid olunmuş hiss etməmələri üçün müəyyən addımlar atılmalıdır. Bunun üçün xüsusi proqramlar həyata keçirilməlidir. Düzdür QHT-lər əlil qadınların , ümumiyyətlə əlilliyi olan şəxalərin maarifləndirilməsi ilə bağlı bir çox layihələr həyata keçirir və nəticəsidə çox müsbətdir. Çünki bu cür layihələri icra edən QHT-lər əlilliyi olan şəxslər arasında istedadlı,təhsilli ,bacarıqlı insanların cəmiyyətə inteqrasiyasına bir başa yol açır və onları cəmiyyətə təqdim edir. Onların bilik və bacarıqlarına artıraraq, məşqulluq problemlərinin həlli istiqamətində yardımçı olurlar. Bu sahədə QHT-lərin əməyi danılmazdır.

 

QHT.az: Əlilliyi olan qadınların əmək bazarına daxil olmaları üçün hansı hüquqi və sosial dəstəklərə ehtiyac var?

Səbinə Kərimova: Əlilliyi olan şəxslərin sosial müdafiəsi və hüquqlarının qorunması ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir.Bunun üçün bir çox dövlət proqramları var. Hazırda isə  əlil qadınların daha çox sosial dəstəyə ehtiyacı var. Çox təssüf ki,  əlilliyi olan qadınların  sərbəst hərəkət etməsi üçün uyğun şəraitin yaradılmaması onların bir başa  cəmiyyətə inteqrasiyasını çətinləşdirir. Şəhərlərdə yarasız infrasturuktur onların təhsil almasına, işləməsinə maneə yaradır. Düşünürəm ki, əlil qadınaların əmək bazarına daxil olmaları  üçün  təhsil mərkəzləri yaradılmalıdır. Bu tək Bakıda deyil,bütün ölkə üzrə yaradılmalıdır. Bu mərkəzlərdə əlil qadınlar istədikləri sahə üzrə peşəyə, təhsilə cəlb olunmalıdır.  Bu onarın bir başa sosial müdafiəsinə dəstək verəcək.

 

QHT.az: Bu məsələdə dövlətin və qeyri-hökumət təşkilatlarının əməkdaşlığı necə olmalıdır?

Səbinə Kərimova: Əlil qadınların əmək bazarı, onların sosial müdafiəsi və sağlamlığının qorunması çox həssas məsələ olduğu üçün dövlət və QHT-lər birgə əməkdaşlıq etməldirlər. Çünki birgə əməkaşlıq öz müsbət nəticəsini verir  və problemləri tez bir zamanda həll etməsinə köməklik göstərir. Son zamanlar  bir çox qurumlar QHT-lərlə sıx əməkaşlıq edirlər. Buna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, Dövlət Məşqulluq Agentliyini, İcbari Tibbi Sığorta Ağentliyini, Dövlət Miqrasiya İdarəsini və TƏBİB -i misal çəkmək olar. Birgə əməkaşlıq hər iki tərəfin operativ işləməsinə öz tövhəsini verir. Cəmiyyət əlil qadını olduğu kimi qəbul etməli, dövlət isə qayğısını əskik etməməlidir.  Biz o zaman normal bir cəmiyyətdə sağlam bir düşüncə tərzi ortaya qoya bilərik.

 

QHT.az: Müsahibə boyunca əldə edilən təklif və fikirlər, əlilliyi olan şəxslərin hüquq və imkanlarının genişləndirilməsi üçün daha çox diqqət və dəstəyə ehtiyac olduğunu göstərdi. Müsahibəyə görə Səbinə xanıma dərin təşəkkürümüzü bildirir, fəaliyyətlərində uğurlar arzulayırıq.

 

 

Pərvanə Fərhadqızı

QHT.az

 

Seçilən
23
qht.az

1Mənbələr