Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə edilmiş gəlirlərin 1,5 milyard avro məbləğində ikinci tranşından 1 milyard avro vəsaiti Ukraynada hərbi istehsalın inkişafına yönəltməyi planlaşdırır.Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Aİ-nin ədliyyə üzrə komissarı Didye Reynders Strasburqda Avropa Parlamentinin sessiyasında bildirib.
"Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin 1,5 milyard avro məbləğində növbəti tranşından Ukraynanın hərbi sənayesinə 1 milyard avro ayırmağı təklif edir", - o qeyd edib.
Zərintac MayisqızıMissiya.Az