AZ

Mask Böyük Britaniyanı "qəddar polis dövləti" olmaqda ittiham edib

X sosial media platformasının sahibi, milyarder İlon Mask Böyük Britaniyanı “qəddar polis dövləti” olmaqda ittiham edib.

İngiltərədə ümumi seçkilərin keçirilməsini tələb edən kampaniyada imzaların sayı 2 milyonu keçdikdən sonra Mask X-dəki paylaşımında daha əvvəl tənqid etdiyi İngiltərə Baş naziri Keir Starmer və hökumətini yenidən hədəfə alıb.

İsveçli bir jurnalistin İngiltərədə yeni ümumi seçki çağırışı edən xalqın başlatdığı kampaniyada imza sayının milyonlara çatdığına dair yazısına istinadən Mask, "İngilis xalqı qəddar polis dövlətindən bezib",- deyə qeyd edib.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın müttəfiqi və onun yaxın işçi komandasının üzvü olan Mask daha əvvəl Starmerin idarə etdiyi İngiltərə polisini insanlara irqindən asılı olaraq fərqli davranmaqda ittiham etmişdi.

Bundan əlavə, Mask həftə sonu X-də İngiltərədə Starmerə ictimai dəstəyin azaldığını göstərən bir qrafik paylaşmışdı.

Britaniya hökuməti küçələri təhlükəsiz etmək qərarına gəlib

Seçilən
17
2
aznews.az

3Mənbələr