AZ

Qəsdən edirlər ki, insanlar narazı qalsın - Səyyad Aran

“Elə məsələlər var onları qəsdən edirlər ki, insanlar narazı qalsın. Bunlardan biri Qarabağ müharibə veteranlarına verilən 80 manatlıq müavinətdir. Bu 80 manat nədir ki, Vətən uğrunda savaşanlara verirlər. Yerlərdə qazilər buna etiraz edir, üstümüzə gəlirlər”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Səyyad Aran parlamentdə büdcə müzakirəsi zamanı deyib.

O əlavə edib ki, nəhayətində bu məsələ həllini tapmalıdır və bu müavinətin həcmi artırılmalıdır.

Tibb sahəsindəki problemlərə toxunan deputat deyib ki, 410 min əhalisi olan İmişli, Saatlı, Beyləqana bir lor həkimi baxır ki, ona da işləməyə imkan vermirlər. “Bu həkim Belarusda təhsil alıb, orada işləyib. İndi gəlib Vətənində xalqına xidmət etsin, amma üzləşdiyi bəzi müəyyən prosedur qaydadan keçə bilmədiyindən həkim kimi fəaliyyət göstərə bilmir. Aidiyyəti qurumlar onun üzləşdiyi problemi həll etməlidir ki, o, 410 min insan xidmət edə bilsin”, - o qeyd edib.

Bölgələrdə qazlaşdırılmada olan  problemə toxunan deputat deyib ki, bu problemlə İmişli və Beyləqan rayonu da üzləşib.

O eyni zamanda mədəniyyət sahəsindəki çatışmazlıqları da dilə gətirib.

Mürtəza
Ölkə.Az

Seçilən
35
olke.az

1Mənbələr